Xəbər lenti

Türkiyədə 27 yaşlı azərbaycanlı sevgilisini 75 bıçaq zərbəsi ilə qətlə yetirdi
Ölkə 20:48 03.11.2025

Türkiyədə 27 yaşlı azərbaycanlı sevgilisini 75 bıçaq zərbəsi ilə qətlə yetirdi

Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan Arzu Xəlilova adlı qadın azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilib.

Oxu.Az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, 27 yaşlı S.M. 20 yaşlı sevgilisinə 75 bıçaq zərbəsi vurub.

Hadisə cütlük arasında yaranan mübahisə əsnasında baş verib. Evdə sevgilisini öldürən şəxs polis tərəfindən saxlanılıb.
Ağır yaralanan Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə təhqiqat başlayıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->