Bakıda tuneldən tökülən daşlar hərəkətdə olan maşının üzərinə düşüb, nəticədə avtomobilə ciddi ziyan dəyib.
Hadisə Sumqayıt istiqamətində Moskva prospektindəki tuneldə baş verib.
Hadisə şahidi həmin anın görüntülərini paylaşaraq bildirib ki, tuneldə sıxlıq olub. Qəfildən tunelin divarlarından qopan daş parçaları "Kia Rio" avtomobilinin üzərinə tökülüb və onu zədələyib.
Elə biz də hadisənin baş verdiyi Moskva prospektindəki tuneldə olduq. Apardığımız müşahidlər əsasında gördük ki, tunelin tavan hissəsi yararsız hala düşüb.
Sürücülər deyir ki, yaranan vəziyyət onların həyatı üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, tunelə baxış keçirilib, hər hansı problem aşkarlanmayıb. Baş verən hadisə ilə bağlı isə araşdırma aparılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şərhlər