Xəbər lenti

Trampın niyə Medvedevlə
Dünya 14:14 03.08.2025

Trampın niyə Medvedevlə "nüvə polemikası"na qoşuldu? - İki versiya

ABŞ prezidenti Donald Trampın Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedevin aqressiv bəyanatlarına cavab verməsi ya Ukraynadakı müharibə ilə bağlı sərt mövqe nümayiş etdirmək cəhdi, ya da ABŞ daxilindəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıya bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr hesab edir ki, "xırda rus məmurunun" Trampı təhrik etməsi bir qədər nalayiq haldır. Belə ki, ABŞ prezidenti Medvedevin "boş nüvə bəyanatları”na reaksiya verərək əsəbiləşmiş görüntü yaradıb. Halbuki Medvedevin qərarvermə prosesinə təsiri artıq yoxdur.

CNN-in materialında qeyd olunur: "Sual yaranır: Tramp niyə özü də "axmaq” adlandırdığı bəyanatlara cavab verərək Vaşinqtonla Moskva arasında ritorikanı daha da sərtləşdirir?”

Jurnalistlərin fikrincə, Trampın bu addımı Rusiya ilə bağlı sərt mövqe nümayiş etdirmək cəhdi ola bilər. Belə ki, o, birbaşa Kremldəki real hakimiyyətə - Vladimir Putinə qarşı çıxmadan, "kukla fiqur”u hədəf alaraq ABŞ-ın nüvə siyasətində real dəyişiklik etmədən sərt görünməyə çalışır.

Məqalə müəllifi izah edir ki, əslində ABŞ-ın atom sualtı qayıqları daim okeanlarda patrul edir və yüzlərlə nüvə başlığı daşıyaraq uzaq məsafədən Rusiya ərazisindəki hədəfləri vura bilər. Bu səbəbdən Trampın elan etdiyi "yenidən yerləşdirmə” real təsirə malik deyil.

Bununla yanaşı, getdikcə daha çox analitik Trampın nüvə ritorikasını taktiki yayınma manevri kimi dəyərləndirir. Çin və Hindistana qarşı Rusiyadan neft almasına görə sanksiyalarla hədələr fonunda, bu məsələlərin ABŞ üçün mənfi nəticələr doğura biləcəyi ehtimal olunur. Belə bir şəraitdə nüvə silahı ətrafındakı bəyanatlar ictimai diqqəti yayındıra bilər.

Trampın Rusiyaya qarşı nüvə hazırlığını gücləndirməklə bağlı açıqlamaları – hansı ki, Rusiya dünyada ən böyük nüvə arsenalına malik ölkədir – həmçinin ABŞ daxilindəki daha kiçik problemləri, məsələn, "Epşteyn işi”ndəki qalmaqalı kölgədə qoya bilər.

Nəticə olaraq məqalədə bildirilir ki, ABŞ və Rusiya arasında nüvə ritorikası narahatlıq yaratsa da, real nüvə toqquşması təhlükəsi hazırda yoxdur. Vaşinqtonla Moskva arasındakı münasibətlər gərgin olsa da, birbaşa qarşıdurmadan uzaqdır. Sosial şəbəkələrdəki nüvə bəyanatları isə hələlik real eskalasiyaya işarə etmir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->