Xəbər lenti

Trampa sui-qəsd cəhdi: Məxfi Xidməti təhlükəsizliklə bağlı səhvləri açıqladı
Dünya 15:39 21.09.2024

Trampa sui-qəsd cəhdi: Məxfi Xidməti təhlükəsizliklə bağlı səhvləri açıqladı

Yüksək dövlət məmurlarının mühafizəsinə cavabdeh olan ABŞ Məxfi Xidməti iyulun 13-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdindən əvvəl buraxılmış səhvlərlə bağlı araşdırmanın ilkin nəticələrini təqdim edib. Xidməy təhlükəsizliklə qarşılıqlı əlaqə və texniki problemlər ilə bağlı problemi müəyyənləşdirib.

Qaynarinfo verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin istinad etdiyi hesabatda qeyd edilir ki, Pensilvaniya ştatında seçki kampaniyasının mühafizəsinə cavabdeh olan Məxfi Xidmət agentləri yerli polis məmurlarına harada olmaları lazım olduğunu deməyiblər, buna görə də öz qərarlarını veriblər. Agentlər vəziyyəti qiymətləndirməli və ən vacib nöqtələri tutmalı olsalar da, atıcının çıxdığı anbarlardan birinin damında heç kim olmayıb və sui-qəsdçi görünməyib.

Hesabatda bildirilir ki, bəzi yerli polis məmurları Məxfi Xidmət zabitləri ilə iki ayrı əlaqə mərkəzinin mövcudluğundan xəbərsiz olublar. Bununla bağlı bəzilərinin radio mesajları agentlərə çatmayıb. Bundan əlavə, Məxfi Xidmət Donald Trampın şəxsi təhlükəsizliyinin təmin etdiyi PUA aşkarlama sisteminin öhdəsindən gələ bilməyib. Trampın mitinqdə çıxış etməsindən təxminən iki saat əvvəl atəş açan Tomas Metyu Kruks səhnənin yaxınlığında pilotsuz uçan aparatı işə salıb.

Məxfi Xidmət direktoru vəzifəsini icra edən Ronald Rou deyib: "13 iyulda baş vermiş uğursuzluqlara görə məsuliyyəti öz üzərimizə götürməyimiz və əldə etdiyimiz dərslərdən istifadə edərək, oxşar missiya uğursuzluqlarının olmamasını təmin edək". Onun sözlərinə görə, səhvə yol vermiş bütün əməkdaşlar məsuliyyətə cəlb olunacaqlar.

İyulun 13-də Pensilvaniya ştatında seçki kampaniyası zamanı Donald Tramp podiumdan təxminən 120 metr aralıda yerləşən binanın damından AR-15 tüfəngindən səkkiz dəfə atəşə tutulub. Prezidentliyə namizəd qulağından yaralanıb. Aksiyaya gələnlərdən biri ölüb, ikisi yaralanıb. 20 yaşlı Tomas Metyu Kruks ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb. Həmin vaxt xidmətin direktoru postunu tutan Kimberli Çitl yol verdiyi səhvlərə görə məsuliyyəti öz üzərinə götürərək istefa verdiyini açıqlayıb. Sentyabrın 15-də Məxfi Xidmət zabiti qolf klubunda Donald Trampa sui-qəsd etməyə cəhd etdiyi iddia edilən şəxsi güllələyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->