Xəbər lenti

Tramp seçkidə bir halda məğlubiyyəti qəbul edəcəyini bildirdi
Dünya 12:52 20.08.2024

Tramp seçkidə bir halda məğlubiyyəti qəbul edəcəyini bildirdi

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkilər ədalətli və azad keçərsə, məğlubiyyətini etiraf edəcək.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "CBS News"a danışıb.

Co Baydenə uduzduqdan sonra 2020-ci il seçkilərinin nəticələrini qəbul etməyən Tramp, uduzacağı təqdirdə ölkənin daha əvvəl heç vaxt görmədiyi tıxaclara düşəcəyini bildirib.

"Ancaq (məğlub olsam - red.) və bu, azad və ədalətli olsa, əlbəttə ki, nəticələri qəbul edəcəyəm", - Tramp deyib.

O, səslərin hesablanacağı təqdirdə seçkilərin ədalətli keçəcəyini bildirib.

"Bu o deməkdir ki, səslər təmizdir. Bu o deməkdir ki, onlar seçkilərdə saxtakarlıq etmirlər, qutulara bülletenləri doldurmurlar, səlahiyyətləri olmayan yeni qayda və normalar qoymurlar. Əgər görsəm ki, ədalətli və azad seçki keçirmişik - və ümid edirəm ki, belə də olacaq, amma belə olduğunu görsəm, ki, elə də olacaq – onda siz heç vaxt məndən vicdanlı adam olduğunu görməyəcəksiniz. Mən dürüst adamam", - Tramp bildirib.

Tramp əlavə edib ki, "son seçkilərlə bağlı çoxlu problemlər olduğuna” inanır, lakin o, son dörd il ərzində "bu seçkini azad və ədalətli edəcək işlər görülüb” deyib.

ABŞ prezidenti Co Bayden bu yaxınlarda Donald Trampın seçkilərdə uduzacağı təqdirdə hakimiyyətin dinc yolla ötürüləcəyinə şübhə etdiyini bildirib.

Xatırladaq ki, Trampın 2020-ci il seçkilərinin nəticələrini qəbul etməkdən imtina etməsi Kapitoliyə şiddətli hücuma səbəb olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->