Xəbər lenti

Tramp: Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs barədə razılığa gəliblər
Ölkə 23:55 08.05.2026

Tramp: Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs barədə razılığa gəliblər

Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərarını alqışlayıb.

"Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", - Ağ Evin rəhbəri yazıb.

ABŞ liderinin fikrincə, tərəflər hər keçən gün münaqişənin nizamlanmasına daha da yaxınlaşırlar.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada humanitar məqsədlər üçün 9 may paradının keçirilməsinə imkan verən fərman imzalayıb. Dövlət başçısının saytında dərc olunmuş sənədə görə, Qırmızı Meydan ərazisi tədbir müddətində Ukrayna hərbi qüvvələrinin silahlarının istifadəsi planından müvəqqəti olaraq çıxarılıb.

Fərman imzalandığı andan qüvvəyə minib.
--> -->