Virciniya ştatında Hərbi Dəniz Qüvvələrinin paradına qatılan ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstan və Vyetnamdakı müharibələrdə asanlıqla qalib gələ bilərdi.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, ABŞ Vyetnamda qələbə uğrunda mübarizəni dayandırıb.
"Biz asanlıqla qalib gələcəkdik. Əfqanıstanda asanlıqla qalib gələ bilərdik. İstənilən müharibəni asanlıqla qazanardıq. Amma biz siyasi cəhətdən düzgün deyildik: Gəlin bununla razılaşaq. İndi biz siyasi cəhətdən düzgünük, biz qalib gəlirik", deyə Tramp qeyd edib.
Sentyabrın 30-da Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bəyan edib ki, ABŞ potensial hərbi münaqişəyə hazır olmalıdır. Keyn qeyd edib ki, ABŞ qlobal risklərin sürətlə artdığı dinamik, potensial təhlükəli dövrlərdə yaşayır. General əlavə edib ki, Vaşinqtonun rəqibləri bu gün əvvəlkindən daha koordinasiyalı şəkildə hərəkət edirlər.
Aydın
Şərhlər