Xəbər lenti

Tramp Amerika yəhudilərini aşağılayır - Harrisin qərargahı
Dünya 10:35 23.08.2024

Tramp Amerika yəhudilərini aşağılayır - Harrisin qərargahı

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki qərargahı prezidentliyə Respublikaçılar partiyasından namizəd Donald Trampın İsrailə hücumları fonunda "daim Amerika yəhudilərini aşağıladığını” deyib.

Bu barədə Qaynarinfo "The Times of Israel” nəşrinə istinadən xəbər verir.

Seçki kampaniyanın sözçüsü Çarlz Lüttvak qeyd edib ki, vitse-prezident Kamala Harris və qubernator Tim Uolts (vitse-prezidentliyə namizəd) karyeraları boyu istənilən formada antisemitizmə qəti şəkildə qarşı çıxıblar.

"Kampaniyamız həmişə aydın olacaq: antisemitizm və nifrətin nə Demokratik partiyada, nə də ölkəmizdə yeri var”, - Lüttvak elektron məktubla aparıcı yəhudi demokrat və respublikaçı qruplar arasında söz savaşı barədə suala cavab verib.

Lüttvak qeyd edib ki, seçki yarışında Amerika yəhudilərini daim aşağılayan bir şəxs var. Onun sözlərinə görə, bu Trampdır.

"Bu yarışda davamlı olaraq Amerika yəhudilərini aşağılayan, neonasistləri yüksəldən və antisemit təpkilərdən istifadə edən bir namizəd var, o da Donald Trampdır”, - Seçki kampaniyanın sözçüsü deyib. 

Lüttvak davam edərək vurğulayıb ki, Harrisin seçki kampaniyası Trampın nifrət dolu ritorikasını rədd edən seçiciləri birləşdirir və "noyabrda keçiriləcək seçkidə onu məğlub edəcək”.

Harrisin seçki kampaniyasının ittihamı, partiyanın Avropadakı filialları, Amerika Yəhudi Demokratik Şurası və Respublikaçı Yəhudi Koalisiyası arasında günlərdir davam edən mübahisəli fikir mübadilələrindən sonra irəli sürülür.

Bu, Trampın Harrisin "yəhudiləri sevmədiyini” və yəhudi demokratların "başlarını yoxlatdırmaq” lazım olduğunu dəfələrlə deməsindən bir neçə həftə sonra baş verir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->