Xəbər lenti

Tramp ABŞ-ın birinci xanımının Putinə simpatiyasından danışdı
Dünya 11:43 30.07.2025

Tramp ABŞ-ın birinci xanımının Putinə simpatiyasından danışdı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin həyat yoldaşı Melaniya Trampın xoşuna gəlir.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Tramp bu barədə "New York Post”a müsahibəsində bildirib.

"Putin onun xoşuna gəlir, necə varsa, elə də deyirəm. Mən də onunla yaxşı yola gedirəm”, – o deyib.

O, həmçinin Rusiya dövlət başçısı ilə yaxşı söhbətlərinin olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ lideri Vladimir Putinlə dialoqda artıq maraqlı olmadığını bəyan etmişdi, lakin hansı mövzuda və hansı formada əlaqələri nəzərdə tutduğunu dəqiqləşdirməmişdi. Buna baxmayaraq, Tramp bildirib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağı təqdirdə Rusiya ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->