Xəbər lenti

İdman 16:55 22.12.2022

"Tour De France" tarixində ilk

"Tour de France” tarixində ilk dəfə İtaliyada start götürəcək.

Qaynarinfo-nun məlumatına görə təşkilatın internet saytından verilən açıqlamaya görə, 1903-cü ildən bəri davam edən yarışın startı 2024-cü ildə Florensiyada veriləcək. Birinci mərhələdən əlavə, 2-ci və 3-cü mərhələlər İtaliyada keçiriləcək.

İdmançılar Florensiyadan sonra müvafiq olaraq Rimini, Çesenatiko, Boloniya və Piaçenzadan keçəcək. Finiş xətti Turin şəhərində olan 3-cü mərhələnin sonunda velosipedçilər İtaliyanı tərk edəcəklər.

2024-cü ildə "Tour de France” tarixində ilk dəfə olaraq paytaxt Parisdə deyil, Nitsada başa çatacağı bildirilmişdi. Bu qərar yarışın bitməsindən 5 gün sonra Paris Olimpiadasının başlayacağı üçün verilmişdi.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->