Xəbər lenti

Teylor Svift seçimini açıqladı: Harris, yoxsa Tramp?
Dünya 14:50 11.09.2024

Teylor Svift seçimini açıqladı: Harris, yoxsa Tramp?

Dövrümüzün ən böyük ulduzu, amerikalı müğənni Teylor Svift 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində kimə səs verəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, "Instagram"da 283 milyon izləyicisi olan sənətçi Kamala Harrisi açıq şəkildə dəstəkləyib.

Məşhur "Instagram" səhifəsində Donald Tramp və Kamala Harris arasındakı debatı izlədiyini, çünki bunu seçici borcu hesab etdiyini bildirən bir yazı dərc edib. O, amerikalıları öz seçimlərini etmək üçün hər bir siyasətçinin mövqeyi ilə tanış olmağa çağırıb.

O, Harrisi və onun vitse-prezidentliyə namizədi Timoti Valzı dəstəkləyəcəyini bildirib. Svift əmindir ki, Demokratlar Partiyasından olan namizəd insanların hüquqları uğrunda mübarizə aparır və onun fikrincə, Harris istedadlı liderdir.

"2024-cü il prezident seçkilərində Kamala Harris və Tim Valza səs verəcəyəm. Mən Kamala Harrisə səs verirəm, çünki o, hüquqlar uğrunda mübarizə aparır və məncə, onların müdafiəsinə qalxmaq üçün döyüşçü lazımdır. Məncə, o, güclü, istedadlı liderdir və inanıram ki, əgər bizə xaos deyil, sülh rəhbərlik etsə, bu ölkədə daha çox şeyə nail ola bilərik. Onun LGBTQ+, IVF və qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan Timoti Valz seçimindən çox ruhlandım və heyran oldum", deyə müğənni bildirib.

Bundan əlavə, Teylor Trampın seçki kampaniyasında onun süni intellektin yaratdığı saxta görüntülərdən necə istifadə etdiyini xatırladıb. Bununla da o, sənətçinin guya onun namizədliyini dəstəklədiyini göstərməyə çalışıb. Lakin ulduz bunu inkar edib və onun bu hərəkətinin Trampa səs verməməsinin səbəblərindən biri olduğunu vurğulayıb.

"Bu, həqiqətən, süni intellekt və dezinformasiyanın yayılmasının təhlükələri ilə bağlı məni narahat etdi. Bu, məni başa saldı ki, seçki üçün seçici kimi real planlarımla bağlı çox şəffaf olmalıyam", deyə məşhur qeyd edib.

İfaçı paylaşımına bu cür imza atıb: "Pişikli uşaqsız qadın Teylor Svift". O, bunu pişiyi Benjamin Battonun şəkli ilə tamamlayıb.



Bu başlıq Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Vensin şərhinə istinad edir. O, Demokrat Partiyasının seçicilərini belə adlandırıb.

Yeri gəlmişkən, sentyabrın 11-nə keçən gecə Filadelfiyada Trampla Harris arasında debat olub. Onlar 90 dəqiqə, tamaşaçısız zalda çıxış edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->