Xəbər lenti

Silah alverçiləri, qaçaq diktatorlar... - Super varlılarla yaşamaq üçün 223 milyon xərclədi
Maqazin 09:25 18.08.2024

Silah alverçiləri, qaçaq diktatorlar... - Super varlılarla yaşamaq üçün 223 milyon xərclədi

Məşhur aktyor Tom Kruz Londonun ən bahalı və mübahisəli binalarından birində 223 milyon dollara mənzil alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RadarOnline.com mənbələrə istinadən yazıb.

Mənbənin dediyinə görə, Tom Kruzun One Hyde Parkdakı lüks binasındakı yeni mənzili bütün mərtəbəni tutur. Yaşayış kompleksinin özü yüksək səviyyədə mühafizəsi ilə tanınır və Bukingem Sarayının yaxınlığında yerləşir.

"Bu bina Londonun üzərində ucalır və onun səma xəttinə hakimdir, lakin heç kimə orada kimin, nə qədər və nə üçün yaşadığını bilməyə icazə verilmir", deyə bir mənbə nəşrə bildirib.

Onun sözlərinə görə, yaşayış kompleksi ətrafında dünyanın super varlılarının yaşadığı barədə şayiələr var: silah alverçilərindən tutmuş qaçaq diktatorlara və dünyanın ən güclü neft baronlarına qədər. Mənbə Tom Kruzun bu binadan mənzil almasına səbəb kimi onun sirri sevməsini göstərir.

Avqustun əvvəlində Tom Kruz və ispan müğənni Viktoriya Canal arasında sevgi münasibtləri barədə şayiələr yayılıb. Ulduzlara yaxın bir mənbə aktyor və müğənninin birikdə olduğunu bildirib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->