Xəbər lenti

Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
Ölkə 12:44 30.10.2025

Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Qaynarinfo unikal.az-a istinadla  xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

Sfera.az-ın məlumatına görə isə, İslam Rzayev həmçinin maliyyə nazirinin müşaviri Elman Mehdiyev də dayısıdır. E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->