Xəbər lenti

Sabah bu ərazilərdə işıq olmayacaq
Ölkə 23:45 02.07.2025

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->