Xəbər lenti

Rusiya və Ukrayna təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəldilər
Ölkə 22:51 23.07.2025

Rusiya və Ukrayna təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəldilər

İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.

"Report” xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb.

"Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib.

Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib. Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->