Ukraynanın Azov alayının əsir götürülən bəzi üzvləri məhkəmə qarşısına çıxarılacaq.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının spikeri məlumat
verib.
RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya "kimin nə ilə məşğul olduğunu” öyrənmək üçün "Azov”un hər bir üzvünə qarşı "əsaslı araşdırma” aparacaq. O, özünün Teleqram paylaşımında bildirib ki, "əllərində qan olanlar” məhkəmə qarşısına çıxarılacaq.
Çərşənbə günü Rusiya və Ukrayna arasında əsir mübadiləsi zamanı alayın təxminən 43 üzvü azad edilib. Bu Kiyevdə Rusiyanın daha çox döyüşçünü azad etməyə hazır ola biləcəyinə dair ümidləri artırıb.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, münaqişə başlayandan bəri 6000-dən çox ukraynalı hərbçi əsir düşüb.
Nurlan
Şərhlər