Xəbər lenti

Rusiya artıq nə Pekinə, nə də Vaşinqtona lazımdır: Onun üstünlükləri bir gündə məhv oldu
Dünya 16:25 03.11.2025

Rusiya artıq nə Pekinə, nə də Vaşinqtona lazımdır: Onun üstünlükləri bir gündə məhv oldu

Görünür, Çin və ABŞ artıq bir-biri ilə müharibə etmək yox, birlikdə qazanmaq qərarına gəliblər.

Qaynarinfo xəbər verir ki, bu sözləri öz "Teleqram” kanalında Ukrayna Müdafiə Qüvvələrinin zabiti, NSDC Mərkəzi Komandanlığının rəisi Andrey Kovalenko yazıb.

O qeyd edib ki, Tramp və Si Szinpin nadir torpaq metallarına və gömrük rüsumlarının azaldılmasına dair birillik ticarət sazişi imzalayır, eyni zamanda "Ukraynadakı müharibənin birgə şəkildə başa çatdırılması” barədə danışırlar.

"Diplomatik dildə bu o deməkdir ki, Rusiya artıq nə Pekinə, nə də Vaşinqtona lazımdır. Onun əsas üstünlüyü – ucuz resurslar – bir günün içində məhv olub.
Tramp açıq şəkildə bildirib: "Biz Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmaq üçün birlikdə işləyəcəyik”.

Si isə Trampın "Amerikanı yenidən böyük etmək” siyasətini Çinin "dirçəlişi” ilə ortaq məqsəd adlandırıb.

Onlar düşmən deyil – tərəfdaşdırlar. Bu isə Moskva üçün faciədir.

Putin raketlər buraxmaqla məşğuldur, amma dünya düzəni ilə bağlı real razılaşmalar onsuz qəbul olunur.

İndi Çin üçün ABŞ-la ticarət etmək, Kremlın zəhərli müharibəsini dəstəkləməkdən daha sərfəlidir. Əgər Pekin və Vaşinqton birgə yaşamağın yeni formulunu tapsalar, Rusiya sadəcə sivil dünyanın kənarında qalacaq – daimi xammal əlavəsi kimi, amma müvəqqəti və ikinci dərəcəli rolda.

Xatıaladaq ki, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində bir araya gəliblər.

Busanda Si Szinpinlə Donald Tramp arasında keçirilən danışıqlar 1 saat 40 dəqiqə davam edib. Danışıqların əvvəlində Si iki ölkə arasında münasibətlərin davamlı və mütərəqqi inkişafının vacibliyini vurğulayıb. O bildirib ki, Çin və ABŞ nümayəndə heyətləri əsas ticarət və iqtisadi fikir ayrılıqları üzrə razılığa gəliblər.

Donald Tramp isə öz növbəsində Si Szinpinlə görüşün uğurlu nəticələr verəcəyinə inandığını söyləyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->