Xəbər lenti

Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul etdi (FOTO)
Foto 14:49 05.09.2024

Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul etdi (FOTO)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Masallı şəhərində vətəndaşları qəbul edib.

Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, qəbulda Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərinin nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->