Xəbər lenti

Rəfiqəsini evinə qonaq çağırıb onun mənzilinə oğurluğa getdi - Bakıda film kimi hadisə
Ölkə 15:00 11.08.2025

Rəfiqəsini evinə qonaq çağırıb onun mənzilinə oğurluğa getdi - Bakıda film kimi hadisə

Bakıda film kimi oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, J.Məmmədova adlı xanım rəfiqəsini evinə qonaq çağırıb. Gecə rəfiqəsi yatdıqdan sonra onun evinin açarlarını çantasından götürüb. Bundan sonra J.Məmmədova taksi sifariş verərək, rəfiqəsinin evinə gedib və onun qızıllarını oğurlayıb. 

J.Məmmədovanın rəfiqəsi olaydan xəbər tutuduqda Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə müraciət edib. Polis qısa müddət ərzində cinayətin üstünü açıb. 

J.Məmmədovaya 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

J.Məmmədova məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bildiyini deyib. Həmçinin qeyd edib ki, rəfiqəsinin evindən oğurladığı qızılları lombarda qoyub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, öz qızıllarını lombarddan çıxarmaq üçün rəfiqəsinin ona dəstək verməsini xahiş edib. Lakin rəfiqəsindən müsbət cavab ala bilməyib. Bu baxımdan, qərara gəlib ki, onun qızıllarını oğurlayaraq lombarda qoysun və öz qızıllarını geri alsın. 

Məhkəmənin hökmü ilə J.Məmmədovaya 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->