Xəbər lenti

Rasim Balayev:
Sənət 13:57 08.08.2025

Rasim Balayev: "Belə bir insanın arzusu nə ola bilər..."

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bu gün 76 yaşını qeyd edir.

Doğum günü ilə bağlı Qaynarinfo-ya danışan sənətçi həyatdakı ən böyük arzusunun artıq reallaşdığını deyib:

"Bütün arzularıma çatmışam. Belə bir insanın arzusu nə ola bilər? Ancaq və ancaq sağlam həyat sürmək. Allahdan özümə can sağlığı arzu edirəm".

Xatırladaq ki, 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev Azərbaycan kino və teatr sənətinin ən tanınmış simalarından biridir. O, ilk böyük uğurunu 1971-ci ildə çəkildiyi "Nəsimi” filmində baş rolu ifa etməklə qazanıb. Ardınca "Babək”, "Dədə Qorqud”, "Axırıncı aşırım”, "Qatır Məmməd” kimi filmlərdə yaratdığı obrazlar ona böyük şöhrət gətirib.

Rasim Balayev həmçinin "Sevil”, "Yeddi oğul istərəm”, "Gün keçdi”, "Sarı gəlin” və onlarca başqa filmdə yaddaqalan rollara imza atıb.
 
Mükafatları və fəxri adları:
 
* Azərbaycan SSR əməkdar artisti (23 dekabr 1976)
* Azərbaycan SSR xalq artisti (1 dekabr 1982)
* Azərbaycan SSR Dövlət mükafatı (26 aprel 1986)
* Şöhrət ordeni (7 avqust 1998)
* Şərəf ordeni (1 avqust 2018)
* Cəfər Cabbarlı mükafatı (28 oktyabr 2019)
* İstiqlal ordeni (7 avqust 2023)
* Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı (7 fevral 2024)

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->