Xəbər lenti

Dünya 09:47 19.08.2024

"Qəzzada atəşkəs mümkündür" - Bayden

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına mane olan hərəkətlərdə qarşılıqlı ittihamlara baxmayaraq, Qəzza zolağında atəşkəs mümkün olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb.

Qəzetin yazdığına görə, Bayden həftəsonunu Kemp-Deviddəki iqamətgahında keçirdikdən sonra jurnalistlərə danışıqların hələ ki davam etdiyini və "təslim olmadıqlarını" deyib və əlavə edib ki, razılaşma "hələ ki mümkündür".

Xatırladaq ki, bundan əvvəl İsrail və HƏMAS-ın bir-birini Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya mane olmaqda ittiham etdiyi bildirilib.

ABŞ prezidenti Co Bayden iyun ayında bütün girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəsə dair üç mərhələli təklif təqdim edib.
İyunun 10-da BMT Təhlükəsizlik Şurası Baydenin planını dəstəkləyib və tərəfləri sazişin şərtlərini qəbul etməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->