Xəbər lenti

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü
Ölkə 10:56 02.08.2025

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.

Qaynarinfo xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib.

Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi "VAZ 2104” markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->