Xəbər lenti

Qarpız almağa getdi, satıcının
Ölkə 16:03 08.12.2025

Qarpız almağa getdi, satıcının "iPhone 16 Pro" telefonunu oğurladı

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin "iPhone 16 Pro” markalı telefonu oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, oğurluğu "alıcı” edib. Həmin "alıcı” 15 kiloqram qarpız alacağını deyərək satıcının başını qarışdırıb. Satıcının qarpız seçməyə başı qarışdığından ona məxsus telefonu oğurlayıb. 

O, həmin telefonu 20 yanvar ərazisında 150 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Satıcı telefonunun oğurlanmasından xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. 

Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı həmin şəxs özünü verilmiş ittiham üzrə təqsirli sayıb. O, bildirib ki, bundan əvvəl də oğurluq cinayətinə görə məhkum olunub və həbsxanadan yenicə çıxıb. Təqsirləndirilən şəxs əlavə edib ki, həqiqətən də qarpız almaq istəyib. Lakin satıcının məşğul olduğunu görüb ona məxsus telefonu oğurlamaq qərarına gəlib. 

Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya 30 oktyabr 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->