Xəbər lenti

İdman 10:05 05.08.2024

"Qarabağ", "Sabah" və "Zirə"nin "pley-off"dakı potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Qaynarinfo xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu
Səpələnmişlər

"Dinamo” (Zaqreb, Xorvatiya)
"Srvena Zvezda” (Serbiya)
"Malmö" (İsveç) - PAOK (Yunanıstan)
"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan)
"Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər
"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)
"Qalatasaray” (Türkiyə)
"Slovan" (Slovakiya) - APOEL (Kipr)
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)

Liqa yolu

Səpələnmişlər
"Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers” (Şotlandiya)
"Slaviya” (Çexiya) - "Yunion” (Belçika)

Səpələnməmişlər
"Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə)
"Zaltsburq” (Avstriya) - "Tvente” (Niderland)

Pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

UEFA Konfrans Liqasında da pley-off mərhələsinin püşkü bu gün atılacaq. Azərbaycan klubları "Zirə" və "Sabah"ın da bu raunddakı mümkün rəqibləri müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmişlər səbətində olacaq.

Qeyd edək ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubu ilə, "Sabah" isə İrlandiyanın "Sent Patriks” komandası ilə qarşılaşacaq. Bu raundun ilk matçları avqustun 8-də, cavab oyunları isə ayın 15-də gerçəkləşəcək. Komandalar ilk görüşlərini səfərdə keçirəcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->