Xəbər lenti

İdman 10:58 28.10.2022

"Qarabağ"ın sabiq hücumçusu bahalı yerdə məşq keçir: "Bir nəfər üçün hazırlıq 200 manatdır"

"Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov yeni işindən danışıb. Keçmiş hücumçu futbolçu yetişdirməkdə davam edir.

Vüqar Nadirov bu haqda Qaynarinfo-ya açıqlamasında bildirib:

"Şıxov” tərəfdə yer götürmüşəm. Hər şəraiti, stadionu, fitnesi, hovuzu, yeməkxanası, qalmağa yeri var. Sırf peşəkar şəraitdə iki futbolçu hazırlayıram. Musa və Osman adında iki qardaşdırlar, 14 yaşları var. Əvvəlcə fitnessə göndərirəm, daha sonra stadionda məşq keçirəm, ardınca futbol terminlərini başa salıram. Təlim-tərbiyələrinə, yeməklərinə, çəkilərinə, hər şeyə nəzarət edirəm. Klublara yönəldirəm. Heyətə düşüb-düşməmək isə özlərindən asılıdır”.

O, bahalı yerdə məşq keçdiyini də söyləyib:

"Bəli, bahalı yerdir. Bir nəfər üçün hazırlıq 200 manatdır. Bu məbləğə fitness, stadion, hovuz hər şey daxildir. Elə bil ki, Antalyada təlim-məşq toplanışındasan. Stadiondakı meydança süni örtüklüdür, amma böyükdür. Haradasa 11x11-ə futbol oynamaq olar. Hələlik iki uşaq götürmüşəm. Məqsədim sayı artırmaqdır. Əsas odur ki, gələcəkdə futbolçuların qalması üçün yer olsun. Qidalanma problemi yaranmasın. "Lanç” verirlər, adambaşı 10 manatdır. Uşaqlar bütün lazımi qidalarla təmin olunurlar. Futbola aid hər şey var. Uşaqların xərclərini də valideynləri ödəyir. Götürdüyüm uşaqların öncə çəkilərini salmağa çalışıram ki, həm boylarına uyğunlaşsın, həm də cəld hərəkət etsinlər”.

Nadirov futbolun sirlərini öyrətdiyi uşaqları Avropaya göndərməyi planlaşdırdığını bildirib:

"Həmişə onlara deyirəm ki, hər şeydən əvvəl Avropanı düşünün. Avropanı düşünsələr, o zaman nəsə etmək mümkündür. Azərbaycanda qalmağı fikirləşsələr, geri getmiş olacaqlar. Bacardığım qədər valideynləri ilə danışıb, onları Avropanın hansısa ölkəsinə aparacağam. Ən azı baxışdan keçsinlər. Bunun üçün də hazır olamlıdırlar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->