Gədəbəydə qar uçqununda həlak olan əsgər Sabirabadda dəfn olunub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, dəfn mərasimi bu gün səhər saatlarında rayonun Muğan Gəncəli kəndində baş tutub.
Dəfn mərasimində qar uçqunda həlak olmuş əsgər, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlunun doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ə. İmanov doğulduğu Muğan Gəncəli kənd qəbiristanlığında torpağa tapşırılıb. O, 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, martın 19-da Əli İmanov hərbçi yoldaşı Ruslan Həmidovla birgə qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində martın 20-də əsgərlərin nəşi tapılıb və ailələrinə təhvil verilib.
12.34
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.
Şərhlər