Portuqaliyalı "Portimonense" klubu Rusiya komandalarının 3 futbolçu ilə bağlı təkliflərini rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Nəşrin məlumatına görə, Sankt-Peterburq "Zenit"i Kabo-Verde millisinin hücumçusu Elio Varela üçün 7 milyon avro təklif edib. "Krasnodar" braziliyalı müdafiəçi Pedrao üçün 2,5 milyon avro, ÇSKA isə 3 milyon avro ödəməyə hazırır. Ordu klubu həmçinin portuqaliyalı müdafiəçi Filipe Relvas üçün 4 milyon avro təklif edib.
Bu mövsüm 21 yaşlı Varela bütün yarışlarda 21 oyun keçirib, 5 qol vurub. 26 yaşlı Pedraonun aktivində 19 oyun və 2 qol var. 24 yaşlı Relvas 23 matçda 3 qol vurub.
Aydın
Şərhlər