Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.
Qaynarinfo xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski "Visegrad Insight” jurnalına müsahibəsində
deyib.
"Bəli. Biz Çexiyanın sursat təşəbbüsünü yüksək qiymətləndirərək 50 milyon avro ayırdıq”, - Sikorski bildirib.
O qeyd edib ki, Polşa və Çexiya Ukraynaya kömək etmək niyyətindədir, lakin Slovakiya "neytral mexanizmə keçib və Macarıstan da bu yoldadır”.
May ayında Çexiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Ukrayna üçün sursat almaq təşəbbüsü "olduqca yaxşı” irəliləyir və "məqsədinə yaxınlaşır”.
Alpər
Şərhlər