Polşa hakimiyyəti miqrantların köçürülməsi ilə bağlı Avropa paktını dəstəkləməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu baş nazir Donald Tusk deyib. O, bu barədə Varşavada Vətəndaş Platforması Partiyasının qurultayında çıxışı zamanı danışıb.
Aİ-nin təklif etdiyi miqrasiya paketindən danışan Tusk bildirib ki, bu məsələ ilə bağlı alyansdan tənqidlər olsa belə, Polşa hakimiyyəti öz sərhədlərinin təhlükəsizliyini gücləndirəcək:
"Təhlükəsizliyimizi təhdid etdiyini bilsək, heç bir Avropa ideyasını əbul etməyəcəyik".
Bundan əvvəl Avropa Komissiyası kvota sisteminə əsaslanan miqrasiya və sığınacaqla bağlı yeni saziş təklifi irəli sürüb. Plan bir sıra ölkələr, xüsusən də Macarıstan və Polşa tərəfindən tənqid edilib, miqrantların qəbul edilməsi tələbinə strateji səhv kimi etiraz olunub.
Oktyabrın 10-da Polşanın Almaniyanın Şengen zonasının xarici sərhədlərində birtərəfli qaydada nəzarət tətbiq etməsinə cavab hazırladığı bildirilib. Bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski bildirib. Onun fikrincə, belə bir qərar Şengen zonasının mənasını sual altına qoyur.
Polşanın ən böyük müxalifət partiyası olan Qanun və Ədalətin (PiS) payızda ölkədə Aİ-nin miqrasiya paktının həyata keçirilməsindən birtərəfli imtina ilə bağlı referendumun keçirilməsi lehinə imza toplamağa başlayacağı bildirilib.
Mayın 14-də Aİ Şurası nəhayət, bütün Aİ miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. 2015-ci ildən bəri inkişaf etdirilən bu geniş islahatlar toplusu, digər şeylərlə yanaşı, sığınacaq üçün heç bir aydın iddiası olmayan miqrantlar üçün sərhəd filtrasiya düşərgələrinin yaradılması prinsiplərini təqdim edir. Bunun onların sonradan Aİ hüdudlarından kənara deportasiya edilməsini asanlaşdıracağı gözlənilir.
Aydın
Şərhlər