Xəbər lenti

Planetin ən populyar müğənnisi Trampı “dəstəklədi”
Dünya 10:34 21.08.2024

Planetin ən populyar müğənnisi Trampı “dəstəklədi”

Donald Tramp özünün "Truth Social” sosial şəbəkəsində Teylor Svift və onun tərəfdarlarının kampaniyasına dəstəyi imitasiya edərək süni zəka ilə yaradılan feyklər yayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti süni zəka tərəfindən yaradılan şəkillərlə X postlarının dörd skrinşotunu dərc edib. 

Onlardan üçündə Teylor Svift pərəstişkarlarının Trampı dəstəklədiklərini göstərən köynəklər geyinmiş qadın və qızlar təsvir edilib. Dördüncü şəkildə müğənninin özü və "Teylor Donald Trampa səs vermənizi istəyir” yazısı var. Tramp bu şəkillər toplusunu şərh edərək, "Qəbul edildi!" yazıb.

"TechCrunch" qeyd edir ki, süni zəka yaradılan bu cür təsvirlərin siyasi kampaniyalarda istifadəsi ABŞ-da yeni qanunvericiliyin qəbulundan sonra əhəmiyyətli nəticələrə səbəb ola bilər.

Maraqlıdır ki, "Swifits for Trump” ("Svift tərərfdarları Tramp naminə”) hərəkatı həqiqətən mövcuddur, lakin bu, ABŞ-da böyük və ya güclü siyasi hərəkat deyil. Ulduzun özü hələ 2024-cü il ABŞ prezident seçkiləri ilə bağlı heç bir açıqlama verməyib. 2020-ci ildə o, Co Bayden və Kamala Harrisin kampaniyasını dəstəkləyib və açıq şəkildə Donald Trampa qarşı çıxış edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->