San-Fransisko polisi cümə günü ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə girərək əri Paula hücum edən şəxsin 42 yaşlı David Depepi olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə polisin sözçüsü Bill Skott mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxsin motivi hələlik müəyyən edilməyib.
Depepi adam öldürməyə cəhd, silahlı hücum, evə qanunsuz daxil olma və yaşlılara qarşı zorakılıqda ittiham olunur.
17:30
Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib və həyat yoldaşı Pol Pelosini yaralayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs saxlanılıb. Hadisə vaxtı Pelosi evdə olmayıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.
"Hücum edən şəxs artıq həbsdədir və bu hücumun motivləri araşdırılır. Cənab Pelosi xəstəxanaya aparılıb, ona yüksək səviyyədə tibbi yardım göstərilir və tezliklə tam sağalması gözlənilir”, deyə məlumatda qeyd olunub.
Aydın
Şərhlər