Xəbər lenti

Paris-2024: Azərbaycanlı idmançıya uduzdu, cinsi qısnamaya görə saxlanıldı
İdman 17:20 09.08.2024

Paris-2024: Azərbaycanlı idmançıya uduzdu, cinsi qısnamaya görə saxlanıldı

Misirin yunan-Roma güləşi üzrə yığmasının üzvü Mohamed Elsayed Paris polisi tərəfindən cinsi qısnama ittihamı ilə saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Elsayd küçədə əllərini tanımadığı qadının ombasına qoyduqdan sonra saxlanılıb. İdmançının sərxoş olduğu bildirilir. Hadisə avqustun 9-da yerli vaxtla 03.30-da kafelərdən birinin yaxınlığında baş verib.

Zərərçəkmiş ifadə yazıb və hadisə ilə bağlı prokurorluq araşdırmasına başlayıb.

Elsayed Olimpiya Oyunlarında çıxışını 1/8 final mərhələsində başa vurub. 67 kq çəki dərəcəsində mübarizə aparan misirli güləşçi Azərbaycan təmsilçisi Həsrət Cəfərova uduzub. Misirli 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarının bürünc medalının sahibidir.

Avqustun 7-də hüquq-mühafizə orqanları həmçinin avstraliyalı otüstü xokkeyçi Tomas Kreyqi narkotik maddə aldığına görə saxlayıb. O, azyaşlı satıcıdan narkotik alarkən tutulub. Xokkeyçidə təxminən bir qram kokain olub. Avstraliya Olimpiya Komitəsi komandanın bir üzvünün Fransada həbsdə olduğunu və lazımi yardım və dəstək göstərildiyini təsdiqləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->