Nyu-Yorkdakı Morqan Kitabxanası və Muzeyində bəstəkar Frederik Şopenin naməlum valsının əlyazması tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times"
yazıb.
Əlyazma 2019-cu ildə muzeyə vəsiyyət edilib, lakin koronavirus pandemiyası səbəbindən lazımi kataloqlaşdırmadan keçməyib. Əlyazma Şopenin əli ilə yazılmış kimi qəbul edilib, lakin onun imzası yoxdur.
Müəllifin əlyazmasını, kağızını, dəst-xəttini, üslubunu tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, onun müəllifliyi həqiqətən də məşhur bəstəkara məxsusdur. Əlyazma 1830-1835-ci illər arasında yazılıb.
Çinli pianoçu Lanq Lan valsı Şopenin ən mürəkkəb musiqisi deyil, onun ən orijinal üslublarından biri adlandırıb. Parça təxminən 80 saniyə davam edir.
Frederik Şopen Polşa milli bəstəkarlar məktəbinin banisidir. O, 1810-cu ilin 1 martında Varşava yaxınlığında anadan olub. 39 yaşında - 17 oktyabr 1849-cu ildə Parisdə vərəm xəstəliyindən vəfat edib.
Aydın
Şərhlər