Xəbər lenti

Şoltsun qərarı Avropada müdafiə şirkətlərinin səhmlərini kəskin ucuzlaşdırdı
Dünya 18:39 19.08.2024

Şoltsun qərarı Avropada müdafiə şirkətlərinin səhmlərini kəskin ucuzlaşdırdı

Alman və bəzi digər Avropa müdafiə şirkətlərinin səhmləri Almaniya hökumətinin Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığına dair məlumatların ortaya çıxmasından sonra düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Belə ki, Almaniyanın ən böyük müdafiə konserni olan "Rheinmetall AG"nin səhmləri 5,1% ucuzlaşıb. "Hensoldt AG" səhm dəyərinin 7,6%-ni itirib, lakin sonra qismən bahalaşıb. Norveçin "Kongsberg Gruppen ASA" şirkəti 4% ucuzlaşıb.

Ümumilikdə, "Goldman Sachs Group Inc." tərəfindən izlənilən Avropa müdafiə şirkətlərinin səhmlər səbəti 3,4% azalıb. Baxmayaraq ki, onun ümumi illik qazancı 46% olaraq olaraq qalır.

"Rheinmetall" konserninin nümayəndəsi Almaniya hökumətinin büdcə planlarını şərh etməkdən imtina edib, lakin müdafiə şirkətinin özünün Ukrayna ilə sıx strateji tərəfdaşlığı davam etdirəcəyini bildirib. "Rheinmetall" həmçinin qeyd edib ki, onların müştəriləri arasında təkcə Olaf Şoltsun hökuməti deyil, digər NATO və Avropa İttifaqı üzvü ölkələr də var.

Ötən gün Almaniya KİV-i Olaf Şolts hökumətinin Ukraynaya hərbi yardım üçün xərcləri kəskin şəkildə azaltmağı planlaşdırdığını yazıb. Xüsusən də gələn il bu ehtiyaclara builkinin yarısı qədər vəsait xərcləyəcəklər. Gələcəkdə isə xərclər 10 dəfə azalacaq.

Şolts ümid edir ki, bu xərclərin yükü G7 proqramına keçəcək, bu proqram çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən pul alınacaq. Lakin bu mexanizm hələ işləməyib və işləyəcəyi də məlum deyil.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->