Xəbər lenti

Video 12:56 10.01.2025

"Şöhlətoğlu" istirahət mərkəzi 2024-cü ildə 6 min ağac əkib (VİDEO)

Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən "Şöhlətoğlu" ailəvi istirahət mərkəzinin kollektivi tərəfindən həmin ərazidə və ətrafda hər il minlərlə ağac əkilir.

Mərkəzin rəhbəri Novruz Gülməmmədov "Şöhlətoğlu" istirahət mərkəzi tikiləndən bu günə qədər ətraf mühitin qorunması, yaşıllığın zənginləşdirilməsinin onların əsas hədəfi olduğunu bildirib.

Novruz Gülməmmədovun sözlərinə görə, 2015-ci ildən fəaliyyət göstərən istirahət mərkəzinin ərazisində və ətrafında ümumilikdə 24.500 ədəd ağac əkilib ki, bunun da əksər hissəsini meyvə ağacları təşkil edib: "Şöhlətoğlu" ailəvi istirahət mərkəzi’ 2015-ci ildən fəaliyyət göstərir. 2023-cü ilə qədər biz 18.500 ədəd müxtəlif növ ağaclar əkmişdik. 2024-cü ildə isə daha 6 min ağac əkdik. Bu son deyil və ağacəkmə aksiyamız mütəmadi olaraq davam etdiriləcək. Məqsəd ətrafı yaşıllaşdırmaq, ekologiyanı qorumaqdır. Biz də bu məqsədə xidmət edirik".

Novruz Gülməmmədov onu da qeyd edib ki, bu işdə onlara xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti şəxslər daim dəstək olub: "Bu məsələdə şəxsən Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavini bizə dəstək oldu. Onlar da ağacəkmə kamnapiyasında bizə öz köməkliklərini və dəstəklərini göstərirlər. Onlara da minnətdarlığımı bildirirəm. Həmçinin Prezident Adminstrasiyasında Prezidentin köməkçisi Şahmar Mövsümova da öz təşəkkürümü bildirirəm. Şəxsən bizi qəbul edir, sahibkar kimi, problemlərimizi dinləyir və həlli istiqamətində dəstəyini göstərir".

Qeyd edək ki, "Şöhlətoğlu"’ ailəvi istirahət mərkəzi 2015-ci ildən fəaliyyət göstərir və Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşir. Kompleks ərazisində süni göllər, restoranlar, uşaq-əyləncə mərkəzləri, koteclər və digər zəruri infastruktur yaradılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->