Xəbər lenti

“Nizami Cəfərovla bağlı yayılan məlumatlar yalnışdır” (AÇIQLAMA)
Ölkə 12:42 21.07.2023

“Nizami Cəfərovla bağlı yayılan məlumatlar yalnışdır” (AÇIQLAMA)

Mədəniyyət Nazirliyi Milli Məclisinin deputatı, professor Nizami Cəfərovun İctimai Şuranın sədri vəzifəsinə seçilməsi ilə bağlı məsələyə aydınlıq  gətirib.
 
Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.

O bildirib ki, İctimai Şuraya sədr seçkisi hələ aparılmayıb: 

"Əsasnaməyə uyğun olaraq 20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Cəfərov Nizami Qulu oğlu bu namizədlərdən biridir. Ondan başqa Azərbaycan Yazıçılar Birliyinin üzvü Allahyarlı Nihad Vüqar oğlu, "Davam" Gənclər Hərəkatı İctimai Birliyi Bəbirova Ülviyyə Firudin qızı, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Nəzərova Adilə Həsən qızı, "Kitab evi" İctimai Birliyinin sədri Salayev Ayaz Ramiz oğlu, Əməkdar incəsənət xadimi Verdiyeva Bəyimxanım İsfəndiyar qızı, "Xan Şuşinski" Fondu İctimai Şuraya sədrliyə namizəddirlər. Sədr seçkisinin nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib”. 

Qeyd edək ki, 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib. Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Biriyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı ("Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar ictimai birliyi) tələb olunan səsləri qzanıblar. Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->