Xəbər lenti

Niqab taxan kişi 5,1 milyon cərimə edildi
Dünya 22:28 22.08.2024

Niqab taxan kişi 5,1 milyon cərimə edildi

Özbəkistanda kişi niqab taxdığına görə 5,1 milyon sum cərimələnib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" Əndican vilayətinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinə istinadən yazıb.

Polisin bildirdiyinə görə, Özbəkistanın şərqindəki Əndican sakini qadın paltarı və ənənəvi müsəlman qadın baş geyimi olan niqab geyinərək şəhəri gəzərkən saxlanılıb.

Vətəndaş barəsində "şəxsi tanınmağa imkan verməyən formada ictimai yerlərdə olma" maddəsi ilə protokol tərtib edilib. Cəza olaraq o, 5,1 milyon sum (təxminən 683 AZN) cərimə olunub. Kişinin hansı məqsədlə qadın paltarına keçdiyi açıqlanmır.

Məlumdur ki, ötən ilin noyabrında Özbəkistan ictimai yerlərdə üzünü gizlədən və şəxsiyyətini müəyyənləşdirməyə mane olan geyimlər geyinən insanları cəzalandırmağa başlayıb. Onları maksimum 810 dollara qədər cərimə gözləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->