Xəbər lenti

Nicat İbrahimə hökm oxundu
Ölkə 12:10 22.07.2025

Nicat İbrahimə hökm oxundu

Bakıda bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nicat İbrahimin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.İbrahim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Nicat İbrahimin doqquz il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında yanacaqdoldurma məntəqələrinin birində baş verib. İttihama görə, Nicat İbrahim aralarında yaranmış mübahisə zəminində Bəhmən Əliyevi bıçaqlayıb. O, Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Nicat İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->