Xəbər lenti

İdman 21:00 13.01.2026

"Neftçi" Əbu-Dabidə Misir komandası ilə bərabərə qaldı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, "ağ-qaralar" Misir təmsilçisi "Piramids"lə üz-üzə gəlib.

"Məhəmməd bin Zayed" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.
--> -->