Xəbər lenti

Nazirlik inşaat şirkətindən məişət cihazları alır - 3 milyonluq sövdələşmə
Ekonomiks 16:43 11.09.2024

Nazirlik inşaat şirkətindən məişət cihazları alır - 3 milyonluq sövdələşmə

"Tender kralı" kimi tanınan və əsasən təmir işləri ilə bağlı satınalma müsabiqələrinin qalibi seçilən, bəzi hallarda dövlət qurumlarına geyim satan "Koneks Construction" MMC həm də məişət cihazlarının satışını həyata keçirirmiş. 

Qaynarinfo xəbər verir ki, şirkət Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin  məktəbəqədər təhsil müəssisələri üçün maşın və avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. 

Tenderin şərtlərindən məlum olur ki, idarə şirkətdən pianino, kondisioner, dondurucu, paltaryuyan maşın, soyuducu, su qızdırıcı, piltə, aspirator, yağ radiatoru, səs gücləndirici, tozsoran, samovar, ətçəkən maşın, mikser, tərəzi, ütü və blender alacaq. 

Bunun müqabilində "Koneks Construction" MMC-yə 3 285 565,1 manat ödəniləcək. 

"Koneks Construction" şirkəti 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->