Xəbər lenti

Nazirin müavinlərinin sayı artırıldı
Ölkə 14:49 15.08.2024

Nazirin müavinlərinin sayı artırıldı

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə "azad edilən” sözlərindən sonra "birinci müavini və” sözləri əlavə edilib.

Dəyişikliklə nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini olacaq. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Bununla da nazir müavinlərinin sayı 4-ə çatdırılıb.

Qeyd edək ki, ekologiya və təbii sərvətlər nazirinin üç müavini var idi. Onlar Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyevadır.

Prezident "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də də dəyişiklik edib. Fərmana əsasən, nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;

- Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək;

- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verilməsini təmin etmək;

- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin etmək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->