Xəbər lenti

Naxçıvanın idarə rəisi işdən çıxarıldı, müavin təyin edildi
Ekonomiks 12:30 08.01.2026

Naxçıvanın idarə rəisi işdən çıxarıldı, müavin təyin edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Məhəmməd Xəlil oğlu Əhmədov Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub.

O, digər əmrlə muxtar respublikadakı 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 
--> -->