Xəbər lenti

Naxçıvanda hərraclardan nə qədər qazanılıb?
Ekonomiks 12:27 09.10.2024

Naxçıvanda hərraclardan nə qədər qazanılıb?

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb və hərrac və müsabiqələrdən daxilolmalar 46 dəfəyə yaxın artıb.

Qaynarinfo xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 2024-cü ilin 9 ayı ərzində 107 əmlak, o cümlədən 54 torpaq sahəsi, 36 qeyri-yaşayış sahəsi, 5 kiçik dövlət müəssisəsi və 12 nəqliyyat vasitəsi üzrə hərrac və müsabiqələr keçirilib.

Nazir müavini bildirib ki, hesabat dövründə bələdiyyə torpaqlarının satışı (icarəsi) üzrə keçirilmiş hərrac və müsabiqələrdən mərkəzə daxil olan xidmət haqqı 2,5 dəfə artıb.

A.İsmayılov söyləyib ki, bu ilin 9 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından 406,5 min manat, qeyri-yaşayış sahələrinin satışından 338,3 min manat, ümumilikdə 744,8 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 45,6 dəfə çoxdur:

"Nəqliyyat vasitələrinin hərraclarında formalaşan yekun satış qiyməti ilkin satış qiyməti ilə müqayisədə 57 faiz artıb. Bu ilin 9 ayı ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 926,8 min manat, bələdiyyələrin hesabına daxilolmalar isə 60,5 faiz artaraq 226,4 min manat təşkil edib. Hərracların rəqabətli keçirilməsi nəticəsində heç bir daşınmaz əmlak obyekti ilkin satış qiymətindən aşağı satılmayıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->