Xəbər lenti

Nadir təbiət hadisəsi: Çin səmasında 7
Dünya 15:55 22.08.2024

Nadir təbiət hadisəsi: Çin səmasında 7 "günəş" peyda oldu (FOTO/VİDEO)

Nadir təbiət hadisəsi nəticəsində Çin üzərində səmada 7 "günəş" peyda olub. 

Qaynarinfo bu barədə "World of Buzz"a istinadən xəbər verir.

Yerli sakinlərin dediyinə görə, onlar belə mənzərəni ilk dəfə görürlər.

KİV-in məlumatına görə, Çenqdu şəhəri üzərində səmada nadir təbiət hadisəsi əmələ gəlib - 7 "günəş" bir anda metropolu işıqlandırıb. Onların hamısının fərqli parlaqlıqları və rəng temperaturları olub ki, bu da ümumi mənzərəni daha da qeyri-adi edib.

Hadisənin şahidləri belə bir görüntünün təxminən bir dəqiqə davam etdiyini, bundan sonra yalnız bir Günəşin - həqiqi günəşin qaldığını bildirib.  Mütəxəssislər bildirib ki, bu optik illüziya laminat şüşədən işığın sınması və əks olunması səbəbindən yaranıb.

Əvvəllər ABŞ-da şəlalə nadir təbiət hadisəsi səbəbindən "atəş şəlaləsi"nə çevrilmişdi. Belə bir çevrilmə yalnız fevral ayında, hətta bundan sonra ayda bir neçə dəfə müşahidə edilə bilər. Bu, batmaqda olan günəşin şüaları suya dəyərək onu atəşə bənzəyən zaman baş verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->