Əvvəllər mənzil bazarında geniş yayılmış daxili kreditlə satış imkanları demək olar ki, azalıb. Bir çox Mənzil-Tikinti Kooperativləri 4-5 illik, hətta faizsiz daxili ödəniş şərtləri ilə mənzil təklif edirdilər. Son vaxtlarda isə buna az rast gəlinir.
Əmlak məsələləri üzrə ekspert Şaiq Əliyev deyir ki, daxili kreditlərin azalmasının əsas səbəblərindən biri Bakıda tikintinin əvvəlki illərlə müqayisədə xeyli az olmasıdır.
Ekspertin sözlərinə görə, tikintinin azalması daxili kreditlə satışlara da birbaşa təsir göstərib. Nəticədə bazarda tələbin də zəiflədiyi müşahidə olunur.
Ekspert vurğulayıb ki, tikinti sahəsində canlanma və daxili kredit imkanlarının bərpası mənzil bazarında tələbi yenidən artıra bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər