Xəbər lenti

Milli komandamızın ev oyunlarını keçirdiyi
İdman 09:57 17.08.2024

Milli komandamızın ev oyunlarını keçirdiyi "Dalğa Arena" təmir olunacaq?

Azərbaycanın futbol millisi, "Zirə", "Araz Naxçıvan" və "Neftçi" klublarının bəzi ev oyunlarını keçirdikləri "Dalğa Arena"nın təmir edilməmə səbəbi bəlli olub.

Bu barədə Oxu.Az-a açıqlama verən AFFA-nın Mətbuat Xidmətinin rəisi Elnur Məmmədli stadionda hazırda təmir işlərinin aparılmasının mümkün olmadığını deyib.

"Yay aylarında havaların isti keçməsi ilə əlaqədar bəzi stadionların ot örtüyündə müəyyən problemlər yaranır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, "Dalğa Arena"da yüklənmə çoxdur. Bildiyiniz kimi, "Zirə" avrokubokun ev oyunlarını bu arenada keçirir. Bundan başqa, "Araz Naxçıvan" komandası Azərbaycan Premyer Liqasında rəqiblərini bu stadionda qəbul edir. "Neftçi Arena"nın ot örtüyündə problemlər yarandığından "Neftçi" klubunun da bəzi ev oyunlarının "Dalğa Arena"da keçirməsi nəzərdə tutulub. Bir sözlə, stadionda qrafik çox sıxdır. Buna görə hazırda stadionun ot örtüyünün ideal vəziyyətə gətirmək üçün təmirə dayanması mümkün deyil", - deyə E.Məmmədli bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->