Xəbər lenti

Metyu Miller Ukraynanın Qələbə Planının detallarıyla tanış oldu
Dünya 10:54 18.09.2024

Metyu Miller Ukraynanın Qələbə Planının detallarıyla tanış oldu

ABŞ Dövlət Departamentinin rəsmiləri ötən həftə Kiyevə səfəri zamanı Ukraynanın Qələbə Planının elementlərini nəzərdən keçiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

"Biz ötən həftə Kiyevdə olarkən planın elementləri ilə tanış olduq və bəli, biz Tomas-Qrinfildin (ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild. – red.) qiymətləndirməsini bölüşürük. Prezident Zelenskinin dediyi kimi, o, "Mən bu planın yaxın günlərdə və həftələrdə prezidentə (Co Baydenə. - red.) ətraflı təqdimatını gözləyirəm və düşünürəm ki, hələ onun üzərində bir nəticə çıxarmazdan əvvəl bu görüşü gözləyəcəyik", - Miller deyib.

Bu planın həyata keçirilməsi ilə bağlı vaxt çərçivəsinin olub-olmamasına aid suala Miller belə cavab verib: "Düşünürəm ki, təfərrüatlar haqqında prezident Zelenski danışacaq - axı bu, onun planıdır”. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->