Xəbər lenti

Mənzil növbəsini səbirsizliklə gözləyən hərbçilərə şad xəbər — Bölmə yaradıldı
Ölkə 19:18 03.08.2024

Mənzil növbəsini səbirsizliklə gözləyən hərbçilərə şad xəbər — Bölmə yaradıldı

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.

O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->