Xəbər lenti

Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı
Ölkə 13:26 01.04.2026

Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

"Belə ki, aprelin 1-dən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.

Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. Proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq”, - məlumatda vurğulanıb.
--> -->