Xəbər lenti

Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən aldı
Ölkə 23:45 28.07.2025

Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən aldı

İrəvanın mərkəzindəki torpaqlar Rusiya Erməniləri İttifaqının rəhbərinin əlindən alınıb.

APA xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ara Abrahamyanın "Consent Armenia” şirkətinə məxsus olan 2860 m² torpaq sahəsini əlindən alıb.

Məlumata görə sözügedən torpaq sahəsi İrəvan şəhərinin mülkiyyətinə verilib.

Qərar bir aydan sonra qüvvəyə minəcək. Qeyd olunur ki, qanunsuz özəlləşdirmə işi 2023-cü ildə başlanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->